Bakıda yağışlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KIA Rio” markalı avtomobillə “Nissan Teana” markalı maşın toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağışlı hava şəraiti davam edir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.