Gəncədə avtomobillə vurulan qadının övladı xəstəxanada ölüb.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Məmmədova Aynurə İsmayıl qızı “QAZ 3110” avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb, onun yanında olan 5 yaşlı oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Sürücü maşını hadisə yerində qoyaraq qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.