Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Heydər Əliyev prospektinin Nizami rayonundan keçə hissəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Renault Loqa” minik avtomobili həmin ərazidə idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Avtromobil bundan sonra yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə başlamış yanğının qarşısı onlar tərəfindən alınıb.
Qəza zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.