Qazax şəhərində avtomobil qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin “SU-15” deyilən ərazisində qeydə alınıb.

Belə ki, “Lexus” markalı avtomobillə “VAZ -21099” markalı avtomobilin toqquşması nəticəsində sürücülər və iki sərnişin xəsarət alıb. Həkimlər onlardan birinin vəziyyətini orta-ağır, digərlərinin durumunu isə qənaətbəxş kimi qiymətləndiriblər.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.