Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhərindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun sərnişini ölüb. Hadisə zamanı daha 3 nəfər xəsarət alıb.
Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.