Goranboy rayonunda yol qəzası baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Veyis Çoşqun oğlu Məmmədov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yol kənarındakı ayaqyoluna çırpıb. Avtomobilin ayaqyolunu dağıdaraq içəri girməsi nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.