Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”istinadən xəbər verir ki, hadisə N. Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən avtomobil elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Ağdaş rayon sakini Rəşad Xasıyev və 1989-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Röyal Atakişiyev ağır xəsarət alıblar.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.