Hadisə

Sumqayıtda avtobus qaçırılıb

Avtoreyd.az bildirir ki, DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və Post Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən avtobusa “saxla” işarəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü, şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü Polis Bölməsinə təhvil verilib.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.