Bakıda iki ay əvvəl yük maşını ilə vurulan piyada ölüb.

Avtoreyd.az bildirir ki, DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 5-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Yunusov idarə etdiyi “KamAZ” markalı avtomobillə paytaxt sakini Qəmərzə Əliyevanı vurub.

Qadın sentyabrın 7-də yaşadığı evdə ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.