Bərdə rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, rayonun Bakı küçəsində yük avtomobili ilə minik maşını toqquşub.

Belə ki, hərəkətdə olan “Shacman” markalı yük avtomobili əks istiqamətdə hərəkət edən “VAZ-2107” markalı maşına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü,  1957-ci il təvvəlüdlü Cabbarov Rəhim Abbas oğlu və onun həyat yoldaşı, 1965 ci ilə təvvəllüdlü Behbudova Lətafət Maqsud qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.