Avtoreyd.Az Hadisə İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb

İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb


İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Related Post

Agcabədidə yol qəzası baş verib, ölən və yaralananlar var (Foto)Agcabədidə yol qəzası baş verib, ölən və yaralananlar var (Foto)

Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib. “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Boyat kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən “VAZ-2107” markalı avtomobilə, daha sonra isə