Avtoreyd.Az Hadisə Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var – VİDEO

Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var – VİDEO


AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin qarşısında Sərxan Namazov idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Vəliyev Nizami Yusif oğlunun idarə etdiyi “VAZ-21012” markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, “VAZ-21012” markalı avtomobil qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Priora”-ya çırpılıb. Nəticədə “VAZ-21012”-də olan üç sərnişin və “Chevrolet”in sürücüsü S.Namazov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

Related Post

Diqqətsiz sürücü yanacaqdoldurma məntəqəsinin yarısını məhv etdi (Video+Foto)Diqqətsiz sürücü yanacaqdoldurma məntəqəsinin yarısını məhv etdi (Video+Foto)

AvtoReyd.Az bildirir ki,Kiyevin yanacaqdoldurma məntəqələrinin birində yanğın baş verib. Diqqətsiz sürücü yanacaq doldurma “tapançasını” çıxartmağı unudaraq hərəkətə başlaıyıb.Nəticədə yanacaqpaylayıcı aşaraq qaz axını baş verib ki,buda yanğınla müşahidə edilib. Hadisə yerinə beş