İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.AzAPA-ya istinadən məlumat verir ki,  hadisə rayonun Gövhərli kəndi ərazisində  qeydə alınıb.

Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.