Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi qeydə alınıb.AvtoReyd.Az xəbər verir ki, motosikletlə minik maşınının toqquşması nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Siyəzən rayon sakini Əmirov Elçin Əmirağa oğlu xəsarət alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən E.Əmirova kəllə bəyin travması qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.