Göyçay rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Göyçay şəhəri, Axundov küçəsi 12 saylı evdə yaşayan, 2000-ci il təvəllüdlü Əhmədov Şahkərəm Samir oğlu yolu keçərkən naməlum avtomobillə vurulub.

Yaralı bədənin müxtəlif yerlərinin sınığı ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırmalar aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.