Rusiyanın Yaroslavl şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

AvtoReyd.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Yaroslavl vilayətinin Rostov rayonu ərazisində uşaqları daşıyan avtobus minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və 13 uşaq müxtəlif dərəcəli xəsarət alıblar. Məlumata görə, avtobusda 44 sərnişin olub, onların əksəriyyəti Moskvaya ekskursiyaya gedən uşaqlardır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.