Abşeronun Novxanı qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, qəza 1982-ci il təvəllüdlü Xanmuradov Sədrəddin Akif oğlunun idarə etdiyi “VAZ” markalı minik avtomobilinin “Ford” markalı yük furqonuna çırpılması nəticəsində qeydə alınıb.

Nəticədə S.Xanmuradov hər iki bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.