Avtoreyd.az bildirir ki, Amerikanın Florida ştatında insan sağlamlığı üçün təhlükəli olan əridilmiş kükürd yüklü qatar relslərdən çıxıb, sızma baş verib.

Polk dairəsinin şerifinin verdiyi məlumatda bildirilir ki, insident yerli vaxtla 1:50-də qeydə alınıb. Hadisə yerində alışma baş verib, lakin yanğın tez bir zamanda söndürülüb.

Qurbanlar və zərər çəkmişlər haqqında məlumat verilmir.

Ehtiyat tədbirləri çərçivəsində yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərindən evlərini tərk etməmək, bütün pəncərələri bağlamaq və kondisionerləri söndürmək xahiş olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

http://https://www.youtube.com/watch?v=jgqzJxOepk4

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.