Avtoreyd.Az Hadisə Azərbaycan vətəndaşının avtomobilinin yanacaq çənindən yanıcı maddə, fişəng və pirotexniki vasitə çıxıb

Azərbaycan vətəndaşının avtomobilinin yanacaq çənindən yanıcı maddə, fişəng və pirotexniki vasitə çıxıb


Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin “Sadıxlı” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Bu barədə AvtoReyd.Az “Report”a istinadən məlumat verir.

Məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi düzəldilmiş yerdə 865 ədəd yanıcı maddə olan torpil, 8 ədəd fişəng və 100 qutu pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Related Post