Yolların buz bağlaması Biləsuvarda yol qəzasına şərait yaradıb.  AvtoReyd.Az APA TV-ə istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Avtoqəza zamanı “Hyundai” və “Great Wall” markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb. İki nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzaya səbəb kimi yolların buz bağlaması göstərilib.

Faktla bağlı araşdırma aparılır.

http://www.youtube.com/watch?v=5QMJNoO5i8Y

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.