Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Cənub məlumatına görə, rayonun Giləkəran kənd sakini, 35 yaşlı Sultanov İlkin Məhərrəm oğlu avtomobil tərəfindən vurulub.
Sürücü dərhal yaralını Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün Lənkəran morquna təhvil verilib.
Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.