Sabirabadda baş verən yol qəzasında ölən və xəsarət alanın kimliyi məlum olub.

APA-nın  məlumatına görə, Hacıqabul-Bəhrəmtəpə magistralının 16 –cı kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində “VAZ 21015” markalı “18 AA 237” dövlət nömrə nişanlı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürücü, Şirvan sakini, 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlu hadisə yerində ölüb. “VAZ”-da olan sərnişin, Şirvan sakini, 1984-cü il təvəllüdlü Musayev Elvin Mirzağa oğlu kəllə-beyin travması ilə Şirvan Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Sürücünün avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanağından Mühafizə xidməti tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarlaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.