Avtoreyd.Az Hadisə Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb


Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

Sürücülər əlverişsiz hava şəraiti səbəbindən avtomobillərin sürətini azaltmağa və ya avtomobillərini yolun kənarına çəkərək hərəkəti dayandırmağa məcbur olublar.

Hazırda dumanlı hava şəraiti davam edir.

Related Post

Bakıda lüks avtomobil İTV-nin maşınına çırpıldı – Yaralının ayağını kəsdilərBakıda lüks avtomobil İTV-nin maşınına çırpıldı – Yaralının ayağını kəsdilər

Dünən səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində – Məmməd Araz küçəsində yerləşən “Ramada” otelin qarşısında lüks idman avtomobilinin İTV-nin xidməti maşınına çırpılması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə