Avtoreyd.Az Hadisə “Azəravtoyol” ASC-nin avtomobili qəzaya düşüb, bir nəfər yaralanıb

“Azəravtoyol” ASC-nin avtomobili qəzaya düşüb, bir nəfər yaralanıb


Bakıda “Azəravtoyol” ASC-nin əməkdaşı yol qəzası zamanı ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, “Karl Marks dairəsi” kimi tanınan ərazidə “Qazel” markalı yük avtomobili ilə 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlunun idarə etdiyi “Azəravtoyol” ASC-yə məxsus xidməti avtomaşın toqquşub. Nəticədə ASC-nin əməkdaşı M.Yusifov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin qeydə alındığı əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb “Qazel” markalı yük avtomobili olub. Belə ki, yük avtomobilinin sürücüsü STOP nişanının tələblərini pozaraq birbaşa dairəyə daxil olub və hərəkətini davam etdirib. Nəticədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Related Post

Bakı metrosunda qorxulu anlar: gənc oğlan relslərin üzərinə yıxıldı – VİDEOBakı metrosunda qorxulu anlar: gənc oğlan relslərin üzərinə yıxıldı – VİDEO

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında hadisə baş verib. AvtoReyd.Az xezerxeber.az-a istinadən məlumat verir ki dünən saat 13:30 radələrində bir nəfər təsadüfən relslərin üzərinə yıxılıb. Xəbərlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti