Bakının Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Məmmədov Sədrəddin Hacıağa oğlu metronun Koroğlu stansiyasının yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən, onu “Volkswagen Passat” markalı avtomobil vurub.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq S.Məmmədov dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hadisəni törədən sürücü saxlanılıb.