Avtoreyd.Az Hadisə Şəkidə yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib

Şəkidə yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib


Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qəza zamanı ölənlər və yaralananlar rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimovdur.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və 1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev yaralanıb.

Yaralılardan Pərviz Cəmilovun müalicəsi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Laçın Adamov və Allahverdi Mustafayevin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

AvtoReyd.Az

Related Post

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var – FOTOBakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var – FOTO

Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub. AvtoReyd.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. “Dewoo” markalı avtobusla “Opel” markalı minik avtomobilinin