Ağsu rayonunda ağır yol qəzası baş verib. 

“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da saat 20 radələrində rayonun Daşdəmirbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağsu rayonunun Cəlayır kənd sakini Habil Usubovun idarə etdiyi “VAZ-21011” və Lerik rayon sakini Hidayət Nuriyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə H.Usubov və 3 sərnişini, habelə H.Nuriyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əlifağa Məmmədov orada ölüb.

Ağsu rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.