Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan “10-TH-113” dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən “90-DN-376” dövlət qeydiyyat nişanlı “Mercedes”lə toqquşub.Nəticədə “Mercedes”in 1994-cü il təvəllüdlü sürücüsüSarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.

Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.