Tovuz şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

AvtReyd.Az “Report”a istinadən məlumat verir ki, şəhərin Heydər Əliyev prospektində”Mercedes”, “Opel”, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var.

Bunlar 1970-cı il təvəllüdlü Babayev Mahir Əsəd oğlu və 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğludur.

Hər iki şəxsin müalicəsi davam etdirilir.

Qəza nəticəsində daha bir nəfərin isə yüngül xəsarət aldığı və ona hadisə yerində ambulator yardım göstərildiyi bildirilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.