Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.
Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi “Kamaz” markalı “66-BE-643” dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.
Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.
Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır.