Avtoreyd.Az Hadisə Bakıda yol niyə çöküb?

Bakıda yol niyə çöküb?


Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Nobel prospektində, “Azərneftyağ” neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda araşdırma aparılır.

“Həmin yolda çökmə bir neçə gün öncə baş verib. Yolun çökməsinə səbəb suyun yerə sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır. Hələlik isə təhlükəsizlik məqsədilə yolun dağılan hissəsi düzəldilib”, – deyə A.Nəcəfli bildirib.

AvtoReyd.Az

Related Post

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib (Foto)Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib (Foto)

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.   APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə  yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes”,  “VAZ 2107” minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər