İranın paytaxtı Tehran şəhərində içərisində Azad Elmi-Tədqiqat Universitetinin tələbləri olan avtobusun qəzaya düşməsi nəticəsində 8 tələbə ölüb, 28-i yaralanıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ali təhsil müəssisəsinin elmi-təqdiqat bölməsinin rəhbəri Reza Məsudi deyib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.