Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.