Bakı-Şamaxı yolunda minik maşını aşıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Redaksiyamıza hadisə yerindən çəkilən video göndərilib.

Videodan da göründüyü kimi “Mercedes” markalı, “90 – KU – 240” nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə yerinə yol polisləri cəlb olunub.

Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.