Güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

“Report” xəbər verir ki, gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.

Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olublar.

Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.