Füzuli rayonunda sərnişin qatarı ilə “VAZ-2106” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü – 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.