Bakıda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az xəbər verir ki, hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, qəza Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “Mercedes” və “London taksi”si toqquşub. Daha sonra hər iki avtomobil yolun sağ kənarındakı taxta səkiyə çırpılıb.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.