Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə nəticəsində “VAZ-21011”, “VAZ-2107” və “Hyundai” markalı yük maşınları toqquşub və qəza zamanı yaralananların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansityasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” maşınları ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.