Bakının Fətəli Xan Xoyiski prospektində (Gənclik m/st. yaxınlığı) yol qəzası baş verib.
Bu barədə AvtoReyd.Az – a hadisə şahidləri məlumat verib. Belə ki, idarəetməni itirən “Volkswagen Passat” markalı minik avtomobili avtobus dayancağına çırpılıb. Nəticədə daynacağda dayanan qızla oğlan xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadasının vasitəsi ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
