Avtoreyd.Az Hadisə Prospektdə baş vermiş hadisəsi tıxaca səbəb olub

Prospektdə baş vermiş hadisəsi tıxaca səbəb olub


Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az ApaTv-ə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən MERCEDES markalı avtomobil sürücüsü idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsi – KİA markalı avtomobilə çırpılıb. Zərbənin gücündən KİA yolayrıcı beton piltəyə dəyərək, aşıb. Eyni zamanda hadisəyə səbəb olan MERCEDES markalı avtomobil də səkiyə çırpılıb.

Avtoqəza nəticəsində KİA-nın sürücüsü xəsarət alıb. Prospektdə baş vermiş yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. Hadisə yerinə cəlb edilmiş yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Qəzanın səbəbi araşdırılır.

https://www.youtube.com/watch?v=ZcN3HAMu1P8

AvtoReyd.Az

Related Post

Avtobus sürücüləri və sərnişinləri ölümlə hədələyən şəxs saxlanıldı (Video)Avtobus sürücüləri və sərnişinləri ölümlə hədələyən şəxs saxlanıldı (Video)

“Sosial şəbəkələrdə Bakıda avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən “manyak”ın peyda olması ilə bağlı yayılan məlumatlar əsassızdır”. Bunu DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib. Onun sözlərinə