Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobili səkidə olan 7 piyadanı əzib.

AvtoReyd.Az Rusiya mətbuatına  istinadən verdiyi xəbərə görə, “Volkswagen Polo” markalı avtomobil Lermontov prospektində öncə “Renault”la toqquşub. Daha sonra səkiyə çıxaraq insanların üzərinə sürüb.

Məlumata görə, hadisə nəticəsində sürücü də daxil olmaqla 7 piyada xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.