Bərdə rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Hüseyinbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü Vaqif Qurban oğlu İbrahimovun idarə etdiyi “QAZel” markalı yük avtomobili Bərdə rayonunun Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktorla toqquşub. Nəticədə “QAZel”in sürücüsü və sərnişini, 1960-cı il təvəllüdlü Hikmət İsa oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.