Avtoreyd.Az Avtoxəbər Nəhənq Alman avtomobil istehsalçısı benzin mühərrikindən imtina edib

Nəhənq Alman avtomobil istehsalçısı benzin mühərrikindən imtina edib


“Audi AG” şirkəti benzin mühərrikli avtomobillərin istehsalını tam dayandırmaq niyyətindədir.

AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin son bu cür modeli “Q8” tam ölçülü SUV-nin 2026-cı ildə təqdim olunacaq növbəti nəsil avtomobili olacaq. Beləcə mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vurduğunadək işlədiləcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.

Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.

Bundan əvvəl “Audi” və “FAW” şirkətləri, Çinin Çanqçun şəhərin administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi.

AvtoReyd.Az

Related Post

Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)

Rusiyanın Sankt-Peterburq şəhərində əsaslanan İntey firması artıq neçə ildir ki, multimedia həvəskarlarını öz orijinal işləriylə sevindirir. Bu dəfə “İntey Tuning” mütəxəssisləri Lada XRay üzərində çalışıblar. Tyunerlər tərəfindən işlənmiş Lada Xray-in

Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.

Avtoreyd.az-in Trend-ə istinadən məlumatına görə, bu, dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib. Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının