Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az Report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Məmmədov Cəlal Zalan oğlunu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.