Avtoreyd.Az Hadisə Bakıda yol polisi rəisinin oğlu maşını yüksək sürətlə idarə edərək aşırıb, yaralananlar var – FOTO – VİDEO

Bakıda yol polisi rəisinin oğlu maşını yüksək sürətlə idarə edərək aşırıb, yaralananlar var – FOTO – VİDEO


Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az“Report”un xəbərinə görə,bildirir ki, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi “Hyundai” markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəisi olan Etibar Hacıyevin oğludur.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Yevlaxda bir ailə qəzaya düşüb: ölən və yaralananlar var – VİDEOYevlaxda bir ailə qəzaya düşüb: ölən və yaralananlar var – VİDEO

Yevlaxda bir ailəqəzaya düşüb. AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki,hadisə ötən gecəMingəçevir-Bəhramtəpə yolunda baş verib.Salahlıkəndi ərazisində avtomobil traktora çırpılıb.Zərbənin gücündən minik maşınıyoldan çıxıb.Hadisə zamanıavtomaşında olan sərnişin 38 yaşlıFloraMəmmədova dünyasınıdəyişib.Qəza zamanısürücü və

Tehran metropolitenində qatarların toqquşması nəticəsində 50 nəfər xəsarət alıb(Foto)Tehran metropolitenində qatarların toqquşması nəticəsində 50 nəfər xəsarət alıb(Foto)

Tehran metropolitenində iki qatarın toqquşması nəticəsində 48 sərnişin xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyasının məlumatında bildirilir. Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan