Avtoreyd.az bildirir ki, Çində sürücü avtomobilini parklamaq üçün yer axtarmaq istəmədiyindən dükana maşını ilə daxil olub.
Hadisə ölkənin şərqində Tszyansu əyalətində baş verib. Aldığı çips paketi və içməli yoqurt butulkasının haqqını ödəyən çinli, satıcıyla hesablaşdıqdan sonra dükanı elə avtomobilindəcə səliqəli şəkildə, mağazaya heç bir zərər vurmadan tərk edib.