Goranboyda avtomobil atlını vurub.

AvtoReyd.Az APA-nın qərb bürosunun verdiyi məlumata görə,xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu, Goran kəndindən keçən hissəsində baş verib.

Xanqərvənd kənd sakini, 1989-cu il təvəllüdlü Əhmədov Nemət Qabil oğlu atla hərəkət edən zaman sərnişin mikroavtobusu tərəfindən vurulub.

Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.