Avtoreyd.Az Hadisə Valideynlərin əlindən çıxıb, yola qaçdı, maşının altında qaldı – DƏHŞƏTLİ QƏZA

Valideynlərin əlindən çıxıb, yola qaçdı, maşının altında qaldı – DƏHŞƏTLİ QƏZA


Balakəndə 5 yaşlı uşağı maşın vuraraq öldürüb. Hadisə dünən axşam saatlarında Balakən şəhəri, Səttar Gözəlov küçəsində baş verib.

 

Valideynləri ilə birlikdə şadlıq evində keçirilən toy mərasimindən çıxıb evə gedən 5 yaşlı Sona Allahverdiyeva onların əlindən qaçaraq qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman rayon sakini Xəlil Ağayev idarə etdiyi “Opel” markalı maşın azyaşlını vurub.

 

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Allahverdiyeva Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=sPJ1yTQ9V58

Related Post