Zərdab rayonu ərazisində avtomobil qəzası baş verib.

AvtoReyd.Az APA-nın yerli bürosunun xəbərinə görə,bildirir ki, rayonun Bıçaqçı kəndində “VAZ-2106” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1939-cu il təvəllüdlü İbrahimov Beydulla Beydu oğlu və 1965-ci il təvəllüdlü Salehov Qurban Ərəstun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.