Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”un Şirvan bürosunun məlumatına görə, xəbər verir ki,hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə “VAZ-2110” markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, “KİA” markalı avtomobilin sürücüsü M.İsmayılov və “VAZ-2110” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə  xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.